top of page

"Nəsimi" filminin çəkilişlərində nələr baş verib?

Azərbaycan kinosunun ən maraqlı tarixi filmlərindən biri - Nəsimi filmi, 1973-cü ildə ərsəyə gəlmişdir. Film yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında lentə alınıb. Azərbaycanın görkəmli şair və filosofu, Hüruri təriqətinin tərənnümçüsü İmadəddin Nəsimiyə həsr olunub.

Filmin çəkilişinə 1972-ci ildə Nəsiminin 600 illik yubileyi münasibəti ilə Heydər Əliyevin göstərişi ilə başlanılıb. Filmin rejissoru Həsən Seyidbəyli, bəstəkarı isə Tofiq Quliyevdir. Film 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Kinofestivalında "Tarixi mövzuda çəkilən ən yaxşı film" mükafatına layiq görülür. Nəsimi rolunda çəkilən aktyor Rasim Balayev isə "Ən yaxşı kişi obrazı"na görə mükafat alır. Aktyor "Nəsimi"yə dəvət alan zaman depressiyada idi və xəstəxanada yatırdı. Ssenari ona veriləndə filmə çəkilə biləcəyini düşünmədiyi üçün ssenarini oxumur. Hətta Mərkəzi Komitədən göstəriş verirlər ki, "Nəsimi" roluna daha daha tanınmış və səriştəli aktyor çəkilsin. Həsən Seyidbəyliyə deyirlər: "Nə baş verəcəksə hamısının məsuliyyəti sənin boynunadır." Amma rejissor fikrindən dönmür. Rasim Balayev uzun məşqlərdən sonra filmə çəkilir. Film uğurlu alındığı üçün Mərkəzi Komitənin də xoşuna gəlir. Rollarda Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Maniyev, Əbdül Mahmudov, Səməndər Rzayev və başqaları çəkilib. Film Qobustanda, Naxçıvanda və Atəşgah kompleksində, Hələb şəhərində, Ramana qalasında, Özbəkistanın Xivə şəhərində lentə alınıb. Heç bir dekorasiyadan istifadə edilməyib. Hava çox isti olduğu üçün Qobustan və Naxçıvanda baş tutan çəkilişlər çətin olur. Çəkilişlər zamanı günvurmalar olur, hətta rejissor köməkçisini ilan sancır. "Fatimə" obrazını canlandıran aktrisa Xalidə Quliyeva atdan yıxılır və əqrəb sancması təhlükəsi ilə üzləşir. Qrimçilər Xalidə Quliyevanın saçının kəsilməsini təklif edəndə, rejissor Həsən Seyidbəyli "Onun bir tükünə də əl vurma" deyərək, buna icazə vermir. Nəsimin edam səhnəsində İsa Hüseynov Rasim Balayevə təklif edir ki, üzündə ağrı-iztirab yaratmaq üçün əlində mismar saxlasın və sıxsın. Buna görə aktyorun əli deşilir və həmin səhnə çəkilmir. Rejissor Rasim Balayevə bir gün yemək verilməsinə izacə vermir ki, onun üzü solğun və yorğun görünsün. Filmdə "Teymurləng" obrazına Yusif Vəliyevlə bərabər Adil İsgəndərov da namizəd idi. Aktyorların münasibətləri soyuq olsa da, Adil İsgəndərov bu rola Yusif Vəliyevin daha uyğun olduğunu bildirir. Filmdə Teymurlənglə bağlı bir çox səhnələr çıxarılıb. Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli: Yusif Vəliyev çox qüdrətli aktyor idi. Onun səhnələri qabardılsa, "Nəsimi" obraz olaraq kölgədə qala bilərdi. Əsas diqqət isə Nəsimidə olmalı idi." Hətta rejissor çəkiliş zamanı Yusif Vəliyevə belə deyir: "Yusif yaddan çıxarma, biz "Nəsimi"ni çəkirik, "Əmir Teymur"u yox." Filmdə Şəms obrazını yaradan aktrisa Almaz Əsgərova həyat yoldaşının vəfatından sonra səhnədən uzaqlaşır. Özünə qapanan aktrisa xəstəliyə tutulur və 39 yaşında dünyasını dəyişir. Filmlə bağlı müzakirə olunan məqamlardan biri də çəkiiş vaxtı yerdə siqaret kötüklərinin və lyüklərin görünməsidir. "Nəsimi" filmi 2010-cu ildə bərpa edilib.



Nəsimi filmi (Aktyor Rasim Balayev)

40 görüntüleme

Comments


bottom of page