top of page

Şərqdə ilk opera yazan qadın bəstəkar

Şəfiqə Axundova - "Gəlinqaya" operası ilə şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını tarixə həkk edir. Bəstəkar, Şəki şəhərinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya gəlir. İllər sonra istedadı və peşəsi ilə məşhurlaşan bəstəkar Üzeyir Hacıbəyovun yeganə yadigarı və davamçısı, "Şöhrət" ordenli xalq artisti olur. Ayrılıq həsrəti çəkən bəstəkar, xalq şairi Bəxtiyar Vahabzadədən bu haqda şeir yazmasını xahiş edir. "Bu ayrılıq nədən oldu" mahnısının musiqisi də Şəfiqə Axundovanın özü tərəfində bəstələnir. Bəstə, Şəfiqə xanıma məşhurluq gətirir və bir çox müğənnilər də bu mahnıya müraciət edir. Mahnı Rübabə Muradovanın, Zeynəb Xanlarovanın ifasında izləyicilərin rəğbətini qazanır. Şəfiqə xanımın qohumu Svetlana Nəzərli bildirir ki, Şəfiqə xanımın həyat yoldaşından ayrılma səbəbi o idi ki, hər zaman həyat yoldaşı gəlirdi evə və görürdü ki, evdə məşqlər gedir, evdə çoxlu musiqiçilər var, ona yer yoxdur və bəzən də yemək olmurdu. O da Şəfiqə xanımla mübahisə edirdi, Şəfiqə xanım isə deyirdi ki, "Sən bilirsən mən incəsənət adamıyam, məni belə istəmirsənsə gedə bilərsən". Elə onunla da ayrılırlar və sonrasında Şəfiqə xanım "Bu ayrılıq nədən oldu" mahnısını bəstələyir. Şəfiqə xanım müsahibələrinin birində: "Mənə bir pis hadisə söyləndikdə, mən həmən sarsılıram, özümdən də asılı olmayaraq kövrəlirəm və göz yaşlarım məni boğur. Doğrudandamı siz hiss eləmirsiniz, nə qədər mənim lirik mahnılarım var və onların hamısını da mən ürəkdən yaratmışam". Doğrudan da Şəfiqə xanım musiqilərində sanki öz həyatını əks etdirirdi. Həyat yoldaşından ayrıldıqdan sonra bəstəkar, oğlu Talehlə nəfəs alırdı. "Laylay" və "Gözümün işığı sənsən" mahnılarını oğlu üçün yazır. Oğlu Taleh Hacıyev də anası kimi musiqiçi olur. Zamanla bəstəkar və piano ifaçısı kimi məşhurlaşır və Şəfiqə xanımın "Həsrətindən" mahnısını pianinoda ifa edir. Bununla da məşhur mahnının möhürü vurulur. Taleh Hacıyev də bəstələrində lirik mahnılara yer verir və gənc yaşında "Belə qəmli dayanma" mahnısını bəstələyir. Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova və başqa sənətkarlar bu musiqiyə müraciət edirlər. Bundan başqa onun "Bu sevda", "Sənsiz yaman darıxmışam", "Həyat, sən nə şirinsən" mahnılarını məşhur müğənnilər ifa edirlər. Lakin T.Hacıyev daha çox pianoçu kimi tanınır. Anası Şəfiqə xanım: "Mənim oğlum gözəl piano çalırdı, o çalanda hamı heyran qalırdı. Gözəl pianoçu idi". Yaradıcılığının parlaq vaxtında ruhi xəstəliyə tutulan Taleh Hacıyev "Ruhi Əsəb Dispanserində" vəfat edir. Oğlunun ölüm xəbərini sonradan öyrənən Şəfiqə xanım da beş il sonra dünyasını dəyişir. Ondan geriyə isə insan duyğularına xitab edən lirik musiqiləri qalır.

Şəfiqə Axundova
Şəfiqə Axundova

"Gəlinqaya" operasından görüntü
"Gəlinqaya" operasından görüntü





Şəfiqə Axundovanın gəncliyi


コメント


bottom of page